20 il sizin xidmətinizdə!...

1994- cü ildən fəaliyyətə başlamış “ Araş” firması bu müddət ərzində stomatoloqlar və diş texnikləri arasında yüksək keyfiyyətli stomatoloji materiallar və avadanlıqların təqdimatçısı kimi tanınmışdır.
Fəaliyyət dövrü ərzində inkişaf edən “Araş” firması dünyanın ən qabaqcıl tibbi avadanlıq istehsalçıları ilə əlaqələr qurmuş və hal-hazırda dünyanın  30-dan artıq istehsalçısını rəsmi şəkildə təmsil edir.
Fəaliyyət sahəmiz tibbi texnika sferasını tamamilə əhatə etməklə yanaşı tibb müəssisələrinin layihələşdirilməsini və bütünlüklə təchizatını özündə cəmləşdirir.
Stomatoloq və pasiyent arasındakı münasibətlər qarşılıqlı etimad əsasında qurulmalıdır və bu səbəbdən “Araş” firması pasiyentin ümidlərini doğrultmaqda həkimə yardımçı olmağı öz mühüm vəzifəsi kimi görür.
Biz hesab edirik ki, tərəfimizdən təklif olunan məhsullar  pasiyent üçün tibbi cəhətdən effektiv, həkim üçün isə maddi cəhətdən sərfəli olmalıdır.
Öz məhsullarımızla biz sizin gündəlik işinizin etibarlı və səmərəli olmasını təmin edə biləcək qərarlar təklif edirik.
Şirkətimizin müvəffəqiyyəti sizin seçiminizdən asılıdır və bizi öz müştəri və partnyorlarımıza məhz onlara lazım olanı təklif edə bilmək imkanı sevindirir.
Araş  şirkəti təqdim etdiyi məhsulların çeşidini genişləndirməklə yanaşı, bu təklifi stomatoloqların tələbatına uyğun olaraq hazırlayır.

Biz öz müştərilərimizə aşağıdakı xidmətləri təklif edirik:

1. Sizin rahatlığınız üçün təqdimat zalı fəaliyyət göstərir
2. Mütəmadi olaraq yeniliklərin prezentasiyası və xüsusi endirim aksiyaları keçirilir
3. Hər müştəriyə fərdi yanaşılır
4. Sizi maraqlandıran materiallar haqqında ətraflı informasiya əldə edə bilərsiniz
5. Bütün sifarişlərin ünvana vaxtında çatdırılması.