Estyle
Elos Texnologiyası Electro Optical Synergy dәriyә qeyri­invaziv tәsir üzrә radiotezlikli dalgaların (RF) işıq (İPL vә ya lazer) vә elektromaqnit enerjisinin sinergetik vәhdәtindәn ibarәt olan patentlәşdirilmiş elektrooptik birlәşmә texnologiyasıdır.
ELOS texnologiyası estetik tәbabәt vә kosmetologiya sahәsindә aparılan prosedurlarda tәtbiq edilir:
Dәrinin cavanlaşdırılması. 
Termoliftinq.
Damarlarin koaqulyasiyası. 
Aknelәrin müalicәsi. 
Sellülitin aradan qaldırılması
Lokal yağ toplanmalarının reduksiyası. 
Heç bir fәsad yaranma riski olmadan (yanıq, hiper­, hipo­ piqmentasiya) istәnilәn rәng dәridә tünd, kürәn, açıq, ağarmış vә zәrif tüklәrin epilyasiyası.

Funksional platforma lazımi funksiyaya asan keçirmə imkanlarına malik istifadədə rahat aplikatorlardan ibarətdir, bu isə prosedurun vaxtını xeyli qisaldır.
Proqram interfeysi asan və tez şəkildə problemin həllini tapmağa və operatorun səhvlərini minimuma endirməyə yardım edir.
Mobil, yüngül və kompakt.
Yüksək mənfəətli sistem.
ELOS cavanlaşma - SR & SRA
SR & SRA aplikatorları RF-enerji ilə İPL – genişzolaqlı impuls işığını kombinasiya edərək dərinin səthi, eləcə də sabit patoloji dəyişikliklərini (qizarma və anjiomlar da daxil olmaqla damar defektləri, teleangiektaziya, piqmentasiya, və postakne) aradan qaldırır. Nəticədə dərinin rəngi və teksturası gözəlləşir.
ELOS liftinq – ST
ST aplikatorları RF-enerji və İR –infraqırmızı işıq imkanlarının istifadəsi ilə liftinq effeti verərək kollagenin sintez prosesini stimullaşdırır. Bunun nəticəsində isə qırışlar hamarlanır, üz ovalının konturları bərpa olunur.
ELOS aknelərin müalicəsi - AC
RF enerji ilə birlikdə İPL –genişzolaqlı impuls işığının göy spektri piy vəziləri və Akne bakteriyalarına təsir zamanı yüksək selektivliyi təmin edən və piy vəzilərinin aktivliyini azaldaraq aktiv civzələri məhv edən AC aplikatorları ilə istifadə olunur.
Fraksion cavanlaşma – Matrix RF
Yeni Matrix RF aplikatoru işıq enerjisindən istifadə etmədən fraksion yüksəktezlikli RF-təsir vasitəsiləb kosmetik qüsurların aradan qaldırılması üzrə prosedurların həyata keçirilməsi üçün tətbiq edilir.
Nəticədə dərinin teksturası yaxşılaşır, qırışlar hamarlanır, çapıqlar, dartılmalar, postakne aradan qalxır.
ELOS epilyasiya – DS
RF enerji ilə İPL optik enerjisinin kombinasiyası DS aplikatoruna I-V dəri tipləri, eləcə də günəşlənmiş dəri üçün açıq tüklər də daxil olmaqla xoşagəlməz tüklərin artımının qarşısının alınması üzrə nətcələr əldə etmə imkanı yaradır.