VelaShape 3


  • 4 Sistem 1 Texnologiya
  • RF + Infrared + Vakuum + Masaj
  • Sellülitin aradan qaldırılması
  • Həcmin kiçildilməsi
  • Turqorun yaxşılaşdırılması
VelaShape 3 - aparatı sellülitin aradan qaldırılması, bədənin korreksiyası, həcmin kiçildilməsi və dərinin turqorunun artırılmasına istiqamətləndirilmiş qeyri invaziv prosedurların yerinə yetirilməsi üçün ELOS texnologiyasından uğurla istifadə edir.

Bədənin korreksiyası
Eyni zamanda vakkum, mexaniki roliklər, infraqırmızı işıq (İQ) və RF enerjinin təsiri Vela Shape lll aparatına dərinin bütün qatları və dərialtı piy toxumalarının mübadilə prosesini xeyli aktivləşdirərək piy qalıqları zonalarına təsir göstərmə imkanı verir. Estetik təbabət sahəsində bu tip tamamilə yeni yanaşma tərzi qısa zaman ərzində yalnız bədənin korreksiyasını deyil, həmçinin dərinin dartılmasını, hamarlanmasını təmin etməyə yardım edir.

Sellülitin aradan qaldırılması
Vela Shape lll aparatının tətbiqi sellülitə məruz qalmış toxumalara isti təsir etməyə imkan verir. Vakkmla təchiz olunmuş roliklər dərini incə şəkildə masaj edərək istinin daha dərin qatlara keçməsinə və enerjinin derma və hipodermaya ötürülməsinə yardım edir, bununla da qan dövranını yaxşılaşdırır. İlk növbədə infraqırmızı işıq (İQ) və yüksək tezlikli RF cərəyanın təsiri sayəsində qan oksigenlə zənginləşir. Bu isə öz növbəsində piy toxumalarında toplanmış piy təbəqəsinin metobolik parçalanmasını aktıvləşdirərək, “ apelsin qabığı” effektinin aradan qaldırılmasına gətirib çıxarır.

Həcmin kiçildilməsi
Əlavə çəkidən azad olmaq üçün 5 prosedur kifayətdir. Strukturun bərpası, dərinin elastikliyinin artması bu zaman 20-30% yaxşılaşır.
Müalicə kursundan sonra uzun müddətli effekt son prosedurdan 3-4 həftə sonra hiss edilir.

Tonusun Artırılması
Vela Shape lll aparatı sellülit zamanı xarici görünüşü və dərinin bütün təbəqələrinin funksiyalarını effektiv şəkildə bərpa etməklə bərabər xroniki yorğunluq vəziyyətini də arasan qaldırır, daha doğrusu ümumillikdə orqanızmə tonuslaşdırıcı təsir göstərir.