VelaShape III

VelaShape III
VelaShape III
VelaShape III
Stokda var
Bədən konturlarını yaxşılaşdırmaq üçün optimal cihaz

VelaShape III cihazının tətbiqi:
Sellülitin azaldılması
Bədənin konturlaşdırılması
Dərinin dartılması
Pasiyentlər üçün üstünlükləri:
Prosedurun qısa müddəti
Yüksək səmərəliliyi, sürətli nəticə
Minimal risk və narahatlıq
Sizin təcrübə üçün üstünlükləri:
Kiçik çəki, yüksək mobillik
Istifadə rahatlığı və erqonomiklik
Investisiyaların sürətli qaytarılması
Sellülit, sallaq dəri, boş bel və qarın bir çox qadınları narahat edən problemlərdir. Candela şirkətindən yeni VelaShape III aparatı qeyri-cərrahi yolla bədənin konturlarını yaxşılaşdırmağa, dərini dartmağa və selüliti aradan qaldırmağa kömək edir. VelaShape III unikal konstruksiyaya malikdir, istifadədə sadədir, prosedur çox zaman tələb etmir, onun keçirilməsi zamanı pasiyentlər narahatlıq hiss etmirlər və görünən nəticələri alırlar.
Syneron şirkətinin bədən konturlarını yaxşılaşdırmaq üçün effektiv aparatların istehsalı sahəsində apardığı tədqiqatlar və böyük təcrübəsi VelaShape brendinin uğuruna böyük töhfə vermişdir. Aparatın tətbiq olunduğu 10 il ərzində çoxsaylı klinik tədqiqatlar və 5 milyondan çox prosedur aparılmışdır. VelaShape vasitəsilə əldə edilən nəticələr barədə yazıların sayı bu cihazın digər aparatlarının işinin nəticələri barədə nəşrlərin sayından üstündür. Bu gün Vela Shape bədənin konturlarını yaxşılaşdırmaq üçün bazarda ən məşhur aparatdır. VelaShape III, qiymətin və keyfiyyətin optimal nisbətinə malikdir, qarın və ombanın həcmini azaltmaq üçün FDA-nın (ABŞ Qida və dərman vasitələrinin keyfiyyətinə sanitariya nəzarəti İdarəsi) təsdiqinə malikdir.
VelaShape III təsir mexanizmi:
Elos texnologiyasının köməyi ilə VelaShape III aparatı piy hüceyrələrin (adipositlərin), onları əhatə edən birləşdirici toxumanı və dermanın kollagen liflərinin dərin isinməsini həyata keçirir. Adipositlərin effektiv istiləşməsi radiotezliyin köməyi ilə əldə edilir. Elektrodların optimal konstruksiyası və eyni zamanda vakuumun təsiri daha sürətli və daha dərin təsir göstərməyə imkan verir. Bu, öz növbəsində, mikrosirkulyasiyanı, limfanın drenajını, hüceyrə metabolizmını və kollagenin strukturunu yaxşılaşdırır. Bundan əlavə, fibroblastların stimulyasiyası və hüceyrəarası matriksin remodelizasiyası baş verir.
Nəticə: dəri sallanmasının və həcminin yerli azalması, ümumiyyətlə, dəri strukturunun və toxumasının yaxşılaşdırılması.
Yeni dizayn:
Elegant, təkmilləşdirilmiş görünüş
Kiçik çəki, yüksək mobillik; aparat 60% kiçik olmuşdur ki, bu da istənilən klinikada ondan istifadə etməyə imkan verir
Pedalın köməyi ilə işləmək imkanı proseduru həyata keçirən tibb işçisinin gücünə qənaət edir
Erqonomik dizayn tibbi işçinin prosedur zamanı oturmasına və ya dayanmasına imkan verir
Təkmilləşdirilmiş əks əlaqə mexanizmi
RF enerjisinin toxumaya sabit daxil olması
Proseduru daha dəqiq yerinə yetirməyə imkan verir
Pasiyentə daha çox rahatlıq və təhlükəsizlik təmin edir
Sabit, təkrarlanan nəticələr
Enerji və effektivlik:
RF (radiotezlik) aparatının gücü 150 vat-a qədər artırılıb
Lazım olan temperatur daha sürətli əldə edilir
Prosedur müddəti azalır
Toxumaların qızdırılması üçün lazım olan daha yüksək enerji sıxlığı əldə edilir
VelaShape III aparatı kombinə edilmiş təsiri həyata keçirir
İnfraqırmızı işıq toxumaları 3 mm-ə  dərinliyə qədər qızdırır
Bipolar radiotezlik 15 mm-ə qədər dərinliyə toxumaları qızdırır
Vakuum enerjinin yönəldilmiş təsirini təmin edir
Rollerlərin mexaniki təsiri limfa drenajını təmin edir