Diş dentinin hiperhəssaslığının müalicəsi üçün tətbiq olunan tək komponentli lak.
Shield Force Plus açılmış dentin kanalcıqlarına daxil olub, onları
qapayır və bununla həssaslığın artmasına səbəb olan dentin
mayesinin axımının qarşısını tam alır. Həmçinin Shield Force Plus
preparatının yaratdığı möhkəm qat dişin bərk toxumalarının itgisinə
mane olur. Lakda PH səviyyəsi 2.0-a yaxındır. Ultrabənövşəyi şüanın təsiri ilə bərkiyir.
Təyinatı
Hiperhəssas dentinin müalicəsi
Dişin servikal hissəsində açılmış dentinin eroziyasının müalicəsi və yeyilmənin azaldılması
Restavrasiya zamanı yonulmuş dişlərdə yaranan yüksək həssaslığın simptomlarının aradan qaldırılması
Bond Force II 0-10 C temperaturda soyuducuda saxlanılmalıdır.