Lutronic Healite II
Lutronic Healite II Lutronic Healite II Lutronic Healite II Lutronic Healite II Lutronic Healite II Lutronic Healite II Lutronic Healite II

Lutronic Healite II


Ətraflı məlumat:

LED işıq vasitəsilə dərini sakitləşdirən, sağalma və və yenilənmə prosesini dəstəkləyən LED işıq terapiya cihazıdır. 

 

İstifadə olunan xüsusi işıq dalğa uzunluqları hüceyrələrin fəaliyyətini aktivləşdirərək toxumaların daha sürətli bərpasına, dərinin sakitləşməsinə və prosedur sonrası reaksiyaların azalmasına kömək edir.

 

Healite II həm tək prosedur kimi, həm də lazer, RF, inyeksiya, pilinq və digər estetik müdaxilələrdən sonra dəridə yaranan qızartı, şişkinlik, həssaslıq və diskomfortun azalması, sağalmanın daha rahat keçməsi və bərpa müddətinin azalması üçün dəstək terapiyası kimi geniş istifadə olunur.

 

İstehsalçı ölkə: Cənubi Koreya

Texnologiya:  LED əsaslı LLLT (Low-Level Light Therapy)

 

 

Üstünlükləri:

  • Qeyri-invazivdir, dərini zədələmədən təsir edir
  • Bir neçə işıq rejimi və dalğa uzunluğunu özündə birləşdirir
  • PST (Photo-Sequencing Technology) rejimi- işıq dalğaları ardıcıl şəkildə dəriyə tətbiq olunur (əvvəl 590 nm, sonra 830 nm) dərini əsas müalicəyə hazırlayır və işığın təsirini daha effektiv edir. 
  • OLAT (Optical Lens Array Technology) rejimi – xüsusi optik rejimi sayəsində işıq dalğaları dərinin üzərinə hədəflənmiş şəkildə və bərabər paylanır, enerji itkisi minimum olur. 
  • Multi-wavelength rejimi – 415 nm, 590 nm, 633 nm və 830 nm dalğa uzunluqları ilə fərqli dəri problemlərinə uyğun işləmə imkanı verir
  • Non-contact (təmassız) texnologiya – cihaz dəridən məsafədə işləyir, bu isə proseduru daha komfortlu və təhlükəsiz edir
  • Dalğa uzunluqları: 830 nm (infraqırmızı), 590 nm (sarı), 633 nm (qırmızı), 415 nm (mavi), 
  • Sərf materialı tələb etmir (yüksək ROI)
  • Qısa prosedur müddəti (10–20 dəqiqə)
  • Bərpa müddəti yoxdur

 

Əsas göstərişlər:

  • Dərinin ümumi canlandırılması və gəncləşdirilməsi
  • Qırışlar və erkən yaşlanma əlamətləri
  • Dəri tonu və tekstura problemləri
  • Piqmentasiya problemləri
  • Genişlənmiş məsamələr
  • Akne və post-akne izləri
  • Həssas və iltihablı dəri
  • Prosedur sonrası qızartı və şişkinlik

 

Tətbiq sahəsi:

  • Üz (tam)
  • Boyun
  • Dekolte
  • Bədən
  • Saç dərisi

Oxşar məhsullar

Clarteis Exciplex

308 nm dalğa uzunluğunda işləyən, monoxromatik excimer UVB texnologiyasına ...

Lutronic Genius

Radiofrekans mikroiynələmə (RF Microneedling) texnologiyasına əsaslanan qey...

Candela Matrix Pro

Dimensional RF (ölçüləbilən radiofrekans) texnologiyasına ...

Candela Nordlys

Lazer və IPL texnologiyalarını bir arada təqdim edən çoxfunksiyalı k...