Lutronic eCO2 Plus
Lutronic eCO2 Plus Lutronic eCO2 Plus Lutronic eCO2 Plus Lutronic eCO2 Plus Lutronic eCO2 Plus Lutronic eCO2 Plus Lutronic eCO2 Plus

Lutronic eCO2 Plus


Ətraflı məlumat:

Fraksional ablativ CO₂ lazer texnologiyasına əsaslanan yüksək effektiv dəri yeniləmə və gəncləşdirmə cihazıdır.

 

Cihaz 10.6 µm dalğa uzunluğunda CO₂ lazer vasitəsilə dəridə mikroskopik termal zonalar yaradaraq zədələnmiş toxumaları selektiv şəkildə ablasiyaya uğradır və eyni zamanda dermal qatlarda kollagen və elastin sintezini stimullaşdırır. Bu yanaşma dərinin strukturunun bərpasını, qırışların azalmasını, çapıqların və tekstura pozuntularının effektiv müalicəsini təmin edir. Nəticədə dəri özünü bərpa edir, daha hamar, sıx və gənc görünür.

 

İstehsalçı ölkə: Koreya

Texnologiya:  Fraksional ablativ CO₂ lazer

 

Üstünlükləri:

  • Fraksional CO₂ lazer – dəridə mikro zonalar yaradaraq yenilənməni stimullaşdırır
  • Yüksək su absorbsiyası (10.6 µm) – enerjinin dəqiq olaraq su molekullarına yönəlməsi və minimal ətraf toxuma zədəsi
  • Controlled Chaos Technology™ (CCT) – lazer şüaları ardıcıl deyil, “random” (təsadüfi) paylanır, nəticədə istilik yığılması və üst-üstə düşmə riski azalır
  • İstilik nəzarəti – hər impuls arasında toxuma soyumağa vaxt tapır, bu da yanıq riskini və travmanı minimuma endirir
  • Müxtəlif dərinlikdə təsir imkanı – həm səthi, həm də 2.4 mm-ə qədər dərinliyə təsir edə bilər 
  • Fərdiləşdirilmiş spot ölçüləri (120 / 300 / 500 mikron) – müxtəlif dəri problemləri üçün dəqiq parametr seçimi
  • Avtomatik başlıq tanıma sistemi – başlıq dəyişdikdə cihaz parametrləri avtomatik uyğunlaşdırır. 

 

Əsas göstərişlər:

  • Qırışlar (incə və dərin)
  • Dəri sallanması
  • Akne və digər çapıqlar
  • Dəri teksturasının pozulması
  • Geniş məsamələr
  • Günəş zədələri və ləkələr
  • Striyalar (çatlar)

 

Tətbiq sahəsi:

  • Üz (tam)
  • Göz ətrafı
  • Boyun
  • Dekolte
  • Bədən

 

 


Oxşar məhsullar

Clarteis Exciplex

308 nm dalğa uzunluğunda işləyən, monoxromatik excimer UVB texnologiyasına ...

Lutronic Genius

Radiofrekans mikroiynələmə (RF Microneedling) texnologiyasına əsaslanan qey...

Lutronic Healite II

LED işıq vasitəsilə dərini sakitləşdirən, sağalma və və yenilənmə prosesini...

Candela Matrix Pro

Dimensional RF (ölçüləbilən radiofrekans) texnologiyasına ...