Haqqımızda

Arash Company

Arash şirkəti, 1994-cü ildə təsis edilmiş və hazırda Azərbaycanda stomatoloji, kosmetoloji və lazer avadanlıqları və məhsullarının satışında liderlik mövqeyindədir. Şirkətimiz, Candela, Lutronic, Ultrasun,  Zimmer,  Ionto , Owandy, Digimed,  Tokuyama , Meta Biomed , Euronda , Anthogyr, Septodont, İBSA , Medytox , DMG , Cavex, Promoitalia və sair kimi dünyanın aparıcı istehsalçıları ilə əməkdaşlıq edir. Ümumilikdə  48-dək məşhur  brendin məhsullarının satışı ilə məşğul olan şirkətimiz, kosmetologiya, stomatologiya, dermatologiya və lazer sahələrində yüksək keyfiyyətli və orijinal məhsullar təklif edir.

2014-cü ildə Arash şirkəti, Candela şirkətinin rəhbərliyi tərəfindən,  rəsmi olaraq məhsullarının ən yaxşı distribütoru adına layiq görülmüşdür. Şirkətimizin mütəxəssisləri, mütəmadi olaraq beynəlxalq seminarlarda təlim və kurslarda iştirak etməklə öz kvalifikasiyalarını artırırlar və beləliklə şirkət işçilərimiz müştərilərimizə yüksək səviyyədə xdmət və servis göstərirlər.  Arash şirkəti stomatoloji avadanlıq və məhsullar üzrə bir çox yerli və beynəlxalq sərgilərdə dəfələrlə sponsor kimi çıxış etmişdir. Həmçinin stomatologiya sahəsində ən məşhur xarici mütəxəssislərlə master-klasslar və özəl təlimlər təşkil edirik. Şirkətimiz müəyyən zamanlarda müxtəlif maarifləndirici və əyləncəli tədbirlər, təqdimatlar və seminarlar keçirir.

Araş şirkətinin əməkdaşlıq etdiyi xarici brendlərin və mühazirəçilərin geniş siyahısı var! Əməkdaşlıq etdiyimiz şirkətlərlə təlim seminarlar keçiririk: Promoitalia şirkəti - platin kolleksiyası və Skinfill fillerlər xəttinə həsr edilmiş seminarda mkətiühazirəçi qismində Promoitalia şirkətinin direktoru Valerio Matano çıxış etdi. Medytox şirkəti - yeni A tipli botulinum toksin olan Cunox-un təqdimat mərasimində mühazirəçi qismində məşhur dermatoloq Svetlana Larkina çıxış etdi. IBSA Farmaceutici Italia Srl - şirkətimiz İBSA şirkəti ilə birgə həm personal üçün həm də müştərilərimiz üçün təlimlər keçirir. 2020 və 2021 -ci illərdə Aliaxin fillerlər xətti və dünya bazarında hibrid hialuron turşusuna malik bir nömrəli biorevitalizant olan Profhilo preparatlarına həsr edilmiş bu seminarlar, iştirakçıların yaddaşında daha uzun müddət qalacaq!

Candela Medical Company, lazer dermatologiyası və kosmetologiya sahəsində şirkətimizlə birgə  həkimlərimiz üçün bir neçə təlimlər keçirib. Mühazirəçi qismində isə dermatologiya sahəsində məşhur mühazirəçilərdən olan Firas Al Niami, Yens Peterson çıxış edib.

Həmcinin stomatologiya sahəsində ən məşhur xarici mutəxəssislərlə master-klasslar və ozəl təlimlər təşkil edirik.
Tokuyama Dental: Məşhur stomatoloq-ortoped Dr Denis Krutikovun  iştirakı ilə "Kompozit restavrasiyalar. Səhvlər uzərində iş" və "Frontal Dişlərin Estetik Kompozit restavrasiyası" adlı praktiki seminarlarımız kecirilib. Həkim-stomatoloq Yelena Mendosanın iştirakı ilə  "Posterior dişlərin birbaşa estetik-funksional bərpası " adlı seminar praktikum kecirilib.
DMG şirkəti: məşhur stomatoloq ortoped dr. Murad Muradov iştirakı ilə "İmplant ustu protezləmə" adlı seminar kecirilib.
Septodont şirkəti:  həkim-stomatoloq Yuriy Vasilyevin iştirakı ilə "Ağrının idarə olunması və ya effektiv yerli anesteziya" adlı seminarımız kecirilib.

Arash Company - 28 illik qusursuz xidmət! Bizimlə əməkdaşlıq uğurunuzun təminatıdır.