Estetik bərpa üçün axıcı kompozit materialı
Beautifil Flow iki fərqli özlülükdə - F02 (az axıcılıq) və F10 (yüksək axıcılıq) formalarında olur və onun rəng tonları mükəmməl şəkildə Beautifil II ilə uyğunluq təşkil edir. FL Bond II adheziv sistemi ilə kombinasiya təhlükəsizliyi, yüksək həcmdə ftorid ifrazını və estetik material sistemini təmin edir. Stomatoloqun ehtiyaclarına uyğun hazırlanmış şpris materialın israf olmadan sadə və gigiyenik istifadəsinə şərait yaradır.
Göstərişlər :
Kiçik, səthi boşluqların bərpası (I - III və V sinif boşluqlar)
Süd dişlərinin bərpası
Kompozit altına baza/layner
Qırılmış keramik və kompozit materialların bərpası
Fissurların bağlanması
Faydalar
Yüksək suya davamlılıq və uzun-müddətli stabillik
Davamlı ftorid ifrazı və toplanması
Yüksək səviyyəli radiopaklıq
Təbii işlıq yayma
Barmaq ucunun təzyiqi altında 360º fırlana bilən innovativ şpris forması