Ajax AJ 11

Ajax AJ 11
Ajax AJ 11
Ajax AJ 11
Stokda var
AJAX "AJ 11" stomatoloji qurğusu zəruri olan hər şeyi ehtiva edən münasib qiymətli modeldir. Bu qurğu Avropa və Amerika istehsalı olan keyfiyyətli komplektləşdiricilərdən (bütün detalların 70%-dən çoxunu təşkil edir) əllə yığılmışdır. Bütün üstünlükləri ilə yanaşı yüksək keyfiyyətli ekodəri və ya poliuretandan hazırlanmış üzlüyün böyük rəng seçimini qeyd etmək olar ki, bu da şəksiz istənilən stomatoloji kabinetin üslubunu vurğulayacaq.
Xarakteristikalar:
• Pozisiyaların proqramlaşdırılması və yadda saxlanması funksiyası
• 2 rejimli kölgəsiz işıqlandırıcı
• Ergomotion sistemi – söykənəcək və oturacağın uzlaşmış hərəkəti
• Döndərici hidroblok (90°) 
• Anatomik formalı başaltı (hündürlük və uzunluğa görə tənzimlənən) 
• Assistent modulunda beş yuva
• Döndərilə bilən keramik cam
• Tikişsiz üzlük (təmizləyici vasitələrin təsirinə qarşı davamlı)
Standart komplektasiya:
• Pasiyent kreslosu: DC 24 Vt Yaddaş funksiyası olmayan elektromexaniki ötürücü. Tikişsiz üzlük. Tənzimlənən başaltı. Sol qoltuqaltı. Sağ qoltuqaltı – fırlanan. Dəyirmi idarəetmə pedalı. 
• Ötürmə sistemi: Alətlərin altdan ötürülməsi. Pnevmatik turbin şlanqı. 3 funksiyalı tapança. Quraşdırılmış neqatoskop. 10 funksiyaya malik idarəetmə paneli. 
• Stomatoloji işıqlandırıcı: Sensorsuz stomatoloji işıqlandırıcı.
• Hidroblok: Döndərilə bilən keramik tüpürcək qabı. Butulkadan təmiz suyun verilməsi sistemi. 24 Vt gücündə su qızdırıcısı. Yüksək keyfiyyətli hava və su vermə sistemi. 
• Assistent paneli: İsti su ilə 3 funksiyalı tapança. Yüksək məhsuldarlığa malik toz-qan sovurucusu və tüpürcək sovurucusu.
• İdarəetmə bloku: Ümumi idarəetmə bloku.
• Həkim stulu: Mövqenin 4 tənzimləmə funksiyasına malik D2 həkim stulu.