OPTEO vizioqrafı – modem və ya fleş kart kimi kompüterin/noutbukun USB-portuna birbaşa qoşulan 3 metr uzunluqda kabelə malik sensor ötürücüdür.
İstehsalçı: Owandy Radiology (Fransa)
OPTEO – Gündəlik işiniz üçün optimal vizioqrafdır!
OPTEO vizioqrafı – modem və ya fleş kart kimi kompüterin/noutbukun USB-portuna birbaşa qoşulan 3 metr uzunluqda kabelə malik sensor ötürücüdür.
OPTEO sensoru seçimə görə iki tipik ölçüdə istehsal olunur (Sensor № 1 - OPTEO T1, Sensor № 2 - OPTEO T2). Sensorun proqram təminatı onu lokal şəbəkədə bir neçə iş yerində quraşdırmağa imkan verir.
USB-porta birbaşa qoşulma – Sensorun kabelində hətta sensor kabelinin qırılması riskini artıran kiçik əlavə bloklar – “ağırlıq daşları” da yoxdur. Kabel sensordan bilavasitə kompüterin USB-portuna qoşulur. USB ilə bir araya gəlməsi sayəsində vizioqraf bir stansiyadan digərinə problemsiz keçirilə bilir.
Ultra çevik kabel – Sensorun ultra çevik kabeli pozisiyalaşdırmanı asanlaşdırır və onun sınmasını istisna edir.
Rahat sensor forması – Sensorun kənarları yumrulanıb, tərəfləri isə pasiyentin tam rahatlığı üçün çəpləşdirilib.
HD təsvirlər – Sensorun aktiv səthi keyfiyyətli yüksək kontrastlı HD-təsvirlər almağa imkan verən CMOS texnologiyasından istifadə etməklə yerinə yetirilib ki, bu da istifadəçilərə diaqnostikanı sayılan saniyələr ərzində həyata keçirməyə kömək edir. Sensorun korpusu ssintilyator və zərbəyədavamlı qatı ehtiva edən çoxlaylı arxitekturaya malikdir.
Avtomatik aktivasiya. – Sensorun Automatic Activation System unikal avtomatik aktivasiya sistemi təsvirin alınması mərhələlərinin sayını azaldır və təsvirin ultra yüksək həll rejimində dərhal görünməsini təmin edir. Sensor hərəkət detektoru ilə təchiz olunub və pozisiyalaşdırma zamanı avtomatik aktivləşir.
Qızıl – sensor kabelinin qızılla örtülmüş birləşdiricisi siqnalın etibarlı və tez şəkildə ötürülməsini təmin edir.
Tam su keçirməyən - OPTEO radiovizioqrafının sensoru tam su keçirməyəndir və deməli nəmdən qorxmur.
Texniki xarakteristikalar:
• Sensorun texnologiyası - CMOS
• Sensorların xarici ölçüləri (UхEхQ) - 39 х 25 х 5 mm (№ 1),43 х 31 х 5 mm (№ 2)
• Həssas səth - 30 х 20 mm (600 mm2) – (№ 1),34 х 26 mm (900 mm2) – (№ 2)
• Səth piksellərlə - Sensor № 1: 1 500 000 (1500 х 1000), Sensor № 2: 2 210 000 (1700 х 1300)
• Həll - > 20 cüt xətt/mm (№ 1 и № 2)
• Kabelin uzunluğu - 3 m
• Boz rəng səviyyələri - 14 bit (16384 səviyyə)
• Qoşulma - Standart USB (USB 2.0 yüksək sürətli (480mQbit/s) və USB 3.0)