Kök ştiftlərinin adgeziv fiksasiyası, qapaq, vinir, güdül və körpüvari
protezlərin bərpası kimi bilavasitə restavrasiyaları həyata keçirmək
üçün işlənmiş ikili bərkimə mexanizminə malik adgeziv sistem.
Işıq olmadan da polimerizasiya olunur. Kimyəvi və ikili bərkimə
mexanizminə malik materiallarla uyğunluq təşkil edir. LuxaPost ştiftləri
və LuxaCore materialı ilə ideal uyğunluq təşkil edir. PreBond vasitəsilə
ilkin işlənmə bondinq sisteminin dentində dərhal bərkiməsinə şərait
yaradır və adgeziyanın müdafiəsini təmin edir. Tərkibində aseton yoxdur.