Müştəri xidmətləri üzrə mütəxəssis


Vəzifə öhdəlikləri:

  • Müştərilərdən daxil olan müraciətləri (zəng, e-poçt və digər kanallar) qəbul etmək, servis tələblərini qeydiyyata almaq və aidiyyəti üzrə texniki komandaya yönləndirmək;
  • Şirkətin avtomatlaşdırılmış informasiya sisteminə müştəri və xidmət məlumatlarını düzgün və vaxtında daxil etmək;
  • Servis sifarişlərinin icrasını izləmək və müştərilərə statuslar barədə məlumat vermək;
  • Müştəri məmnuniyyətini təmin etmək və xidmət sonrası izləmə zəngləri həyata keçirmək;
  • Müştərilərin şikayət və iradlarını operativ şəkildə cavablandırmaq;
  • Servis xidmətlərinin keyfiyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək.

Namizədə tələblər:

  • Təhsil: Ali (idarəetmə, marketinq, kommunikasiya və ya digər müvafiq sahələrdə);
  • Təcrübə: Müştəri xidmətləri və ya əlaqəli sahədə minimum 1–2 il;
  • Yaş həddi: 22–35;
  • Dil bilikləri: Azərbaycan və rus dilləri – səlis (şifahi və yazılı), digər dillər – arzuolunandır;
  • Texniki biliklər və bacarıqlar: “MS Office” proqramlar toplusundan sərbəst istifadə, “CRM” və ya “ERP” sistemləri ilə iş təcrübəsi üstünlükdür.

Davranış səriştələri:

  • Ünsiyyət və komanda ilə işləmə;
  • Problem həlletmə və detallara diqqətlə yanaşma;
  • Dəqiqlik, operativlik və nəticəyönümlülük;
  • Məsuliyyət və təşəbbüskarlıq.