1
Arash şirkəti alınan avadanlığın Bakı şəhəri daxilində pulsuz çatdırılmasını və müştərinin iştirakı ilə yoxlanılaraq quraşdırılmasını təmin edir.
2
Arash şirkətinin servis əməkdaşları müştərilərə avadanlığın düzgün istifadəsi ilə bağlı təlimatlar verirlər.
3
Arash şirkəti 1 illik pulsuz zəmanət çərçivəsində avadanlıqların təmirini təmin edir və problemi yerində və ya servis mərkəzində operativ həll edir.
4
Arash şirkəti avadanlıqların təhlükəsiz montajı və demontajı prosesini öz əməkdaşları vasitəsilə həyata keçirir.
Arash şirkətindən aldığınız hər bir avadanlıq və məhsul müəyyən vaxta və qaydalara əsasən sizə çatdırılır. Çatdırılma xidməti həftənin 6 günü həyata keçirilir. Arash Servis əməkdaşları müştərilər ilə əlaqə saxlayaraq uyğun zaman ərzində sifarişi ünvana çatdırırlar. Alınan məhsul və ya avadanlığın qəbulu alıcıların iştirakı ilə tam yoxlanılaraq həyata keçirilir. Sifarişlərin Bakı şəhəri daxili çatdırılması pulsuzdur.
Avadanlıq və ya məhsul müştəri tərəfindən əldə edildikdən sonra, Araş şirkətinin servis əməkdaşı zəmanət talonunun təhvil verdiyi halda 1 illik pulsuz zəmanət xidməti göstərir. Zəmanət talonunda satış tarixi, avadanlığın və ya məhsulun adı, seriya nömrəsi göstərilməli və Araş şirkətinin nümayəndəsinin imzası olmalıdır. Həmçinin təhvil-təslim blankı tərtib edilir.
Azərbaycanın bütün bölgələrinə çatdırılma xidməti mövcuddur. Çatdırılma xidməti öz əməkdaşlarımız tərəfindən həyata keçirildiyi üçün, məhsulların və avadanlıqların təhlükəsizliyinə və bütövlüyünə görə cavabdehlik daşıyırıq. Kriokonteynerlərdən istifadə edərək, soyuducuda saxlama üçün nəzərdə tutulan məhsulların çatdırılması zamanı təhlükəsiz çatdırılma təmin edilir. Çatdırılma müddəti bazar ertəsi – şənbə 9:00 – 19:00 aralığında həyata keçirilir.