Əsas vəzifələr:
Tibbi məhsulların dövlət qeydiyyatı
- Tibbi avadanlıqların, tibbi təyinatlı məmulatların, kosmetik vasitələrin və dərman preparatlarının dövlət qeydiyyatı prosesinin təşkili və idarə olunması;
- Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə rəsmi yazışmaların və kommunikasiyanın aparılması;
- Xarici istehsalçılarla daimi əlaqə saxlayaraq qeydiyyat üçün tələb olunan sənədlərin toplanması və koordinasiyası;
- Texniki dosyelərin və qeydiyyat sənədlərinin hazırlanması;
- Xarici sənədlərin tərçüməsi, notarial təsdiqi və leqallaşdırılması prosesinin təşkili;
- Dövlət qeydiyyatlarının etibarlılıq müddətinin izlənilməsi və yenilənməsi;
- İdxal icazələrinin və digər tənzimləyici sənədlərin hazırlanması və izlənilməsi.
Ofis idarəçiliyi
- Gündəlik ofis fəaliyyətinin koordinasiyası;
- Rəsmi yazışmaların və sənəd dövriyyəsinin idarə olunması;
- Görüşlərin və biznes səfərlərinin təşkili;
- Yerli və xarici ezamiyyətlər üçün aviabilet və otel rezervasiyalarının təşkili;
- Xarici tərəfdaşlar, təchizatçılar və xidmət göstərən şirkətlərlə gündəlik kommunikasiyanın aparılması;
- Digər inzibati və back-office işlərinin icrası.
Namizədə tələblər
- Ali təhsil (Farma, Tibb, Biznesin İdarəedilməsi, Hüquq və ya digər uyğun ixtisaslar);
- Minimum 1-2 il iş təcrübəsi;
- Tibbi məhsulların və ya dərman vasitələrinin qeydiyyatı sahəsində təcrübə üstünlük hesab olunur;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili – yüksək səviyyədə (mütləqdir);
- Rus dili – yaxşı səviyyədə (mütləqdir);
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
- Analitik düşüncə və problemləri operativ həll etmə bacarığı;
- Detallara yüksək diqqət və sənədlərlə işləmək bacarığı;
- Yüksək təşkilatçılıq və vaxtın effektiv idarə olunması bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma;
- Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00;
- Şənbə: 09:00 – 15:00;
- İş yeri: ARASH Company, F. İbrahimbəyov küç. 19, Bakı;
- İş rejimi: Tam ştat, ofisdaxili;
- Əməkhaqqı: 800 – 1,000 AZN (NET).
Biz nə təklif edirik?
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Dünyanın aparıcı tibbi məhsul istehsalçıları ilə işləmək imkanı;
- Beynəlxalq sərgi, konfrans və təlimlərdə iştirak perspektivi;
- Korporativ mobil nömrə;
- Ofisdə ödənişsiz nahar;
- Peşəkar və dəstəkləyici komanda mühiti;
- Korporativ tədbirlər və komanda fəaliyyətləri.