Satınalma mütəxəssisi


Tələblər:

  • Ali təhsilin olması (tibbi təhsil əlavə üstünlükdür);
  • Yüksək ünsiyyət qurma qabiliyyəti;
  • Problemi sərbəst həll etmə qabiliyyəti;
  • Vaxtdan səmərəli istifadə etmə qabiliyyəti;
  • Dürüst, ciddi, səbirli və məsuliyyətli olmaq;
  • Vəzifə öhdəliklərini tam şəkildə dərk edib, onlara məsuliyyətlə yanaşmaq;
  • Öz üzərində işləmək həvəsi, analitik düşünmə və yenilikləri öyrənmək bacarığı;
  • Yaş: 24–40;
  • Kompyuter biliyi (Word, Excel, PowerPoint, Outlook);
  • Dil bilikləri – Azərbaycan dilini səlis, Rus və İngilis dillərində sərbəst/yaxşı səviyyədə danışıq, yazışma və fikrini qarşı tərəfə çatdıra bilmə qabiliyyəti.

 

Vəzifələr:

  • Satınalma-təchizat zənciri üzrə tapşırıqların yerinə yetirilməsi;
  • Verilmiş sifarişlərin və təchizatların icrası, logistika və müvafiq sənədlərin əldə edilərək vaxtında təqdim edilməsi;
  • Mövcud və potensial müştərilərlə əlaqələrin saxlanılması və inkişafı;
  • Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim edilməsi;
  • Satış məqsədilə təqdimatların keçirilməsi;
  • Müştərilərlə və təchizatçılarla ünsiyyət qurmaq və dəqiq məlumatı çatdırmaq bacarığı;
  • Mövcud bazarın və rəqiblərin analizi;
  • Bazarın tələbinə uyğun təkliflərin araşdırılması və formalaşdırılması;
  • Müştərilərə sistemli şəkildə səfər etmək və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradılması;
  • Verilən tapşırıqları deadline-lar üzrə vaxtında və səmərəli icra etmək;
  • Aylıq və həftəlik hesabat vermək.

 

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün 09:00–18:00, Şənbə 09:00–15:00;
  • Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.