Satış üzrə mütəxəssis


İş barədə məlumat:

  • Ərazi üzrədir;
  • Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
  • Müştərilərlə düzgün ünsiyyət qurmaq, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatlar vermək, suallarını əsaslandırılmış formada cavablandırmaq, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
  • Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;
  • Mövcud müştəri bazasını inkişaf etdirmək və möhkəmləndirmək;
  • Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək.

 

Namizədə tələblər:

  • Təcrübə: Ən azı tibbi ləvazimatların satışında 1 il təcrübə;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri mütləqdir, İngilis dili arzuolunandır;
  • Gülərüz və ünsiyyətcil olmaq;
  • Yüksək səviyyədə təqdimat və müştəri etirazları ilə işləmək bacarıqları;
  • Satışla əlaqədar seminar və təlimlərdə iştirak etmək;
  • Satış bacarığını və biliklərini daim inkişaf etdirmək;
  • Komanda ilə işləmə bacarığı.

 

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün 09:00–18:00, Şənbə 09:00–15:00;
  • Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.