Arash Company "Baku Derma 2025"in Baş Sponsoru Oldu!

04-05 May 2025

Arash Company "Baku Derma 2025"in Baş Sponsoru Oldu!

Mayın 4-5-də Bakı Konqres Mərkəzində keçirilən Baku Derma Konqresi — dermatologiya, estetik tibb və dəriyə qulluq sahəsində ən son yeniliklər və texnologiyaları bir araya gətirən beynəlxalq miqyaslı bir tədbirdir. Yerli və xarici tanınmış spikerlər, yüzlərlə həkim-kosmetoloq, həmçinin sənayenin əsas oyunçuları bu tədbirdə iştirak edərək fikir mübadiləsi apardılar. Baş sponsor olaraq biz, təkcə tədbirə dəstək verməklə kifayətlənmədik – Arash Company olaraq öz stendimiz ilə də konqresdə fəal şəkildə iştirak etdik. Stendimizdə: • - Yeni gətirilən premium estetik məhsullar nümayiş olundu • - Peşəkar komandamız tərəfindən canlı təqdimatlar və izahlar keçirildi • - Həkim və kosmetoloqlarla birbaşa ünsiyyət və məhsul haqqında dərin məlumatlandırma təmin edildi Ziyarətçilər stendimizdə məhsullarımızın effektivliyi, istifadə imkanları və texniki xüsusiyyətləri ilə əyani tanış olaraq suallarına ətraflı cavablar aldılar. Konqres ərzində bir çox həkim, estetist və distribütorlarla yeni əməkdaşlıqların təməli qoyuldu. Arash Company olaraq, bilik və innovasiyanı birləşdirən bu platformada iştirakımızı gələcəkdə də davam etdirməkdə qərarlıyıq. Bu cür tədbirlər, bizim üçün yalnız məhsul təqdimatı deyil, həm də sektora dəyər qatmaq, trendləri izləmək və mütəxəssislərlə birgə inkişaf etmək fürsətidir. Tədbirdən olan anları sosial media kanallarımızda izləyə bilərsiniz.