Frax Pro - postakne, cərrahi çapıqların, striyanın və aktinik keratozun korreksiyası üçün nəzərdə tutulub.
Cihazın tətbiqi - Üz, bədən, saçlar
Cihazın məqsədi - cavanlaşma, dərinin müalicəsi
Prosedur - Fraksion cilalama,zərbə-dalğa terapiyası
Cihazın tətbiqi - cavanlaşma, piqment ləkələrinin aradan qaldırılması, çapıq və yara izləri, akne müalicəsi
Frax Pro- Frax 1550 və Frax 1940 aplikatorları ilə dərinin cilalanması funksiyasına malik ilk platformadır.
Hər iki başlıq kollageni stimullaşdırmaq və dərinin müxtəlif təbəqələrini hədəf almaq üçün nəzərdə tutulmuşdur.
Frax 1940 başlığı epidermislə işləmək üçün 1940 nm dalğa uzunluğuna malik lazer şüası yaradır (200 mikrona qədər təsir göstərmə)
Frax 1550 aplikatorunda 1550 nm dalğa uzunluğu daha dərinə nüfuz edir, (histoloji analizə əsasən 800 mikrona qədər təsir göstərir)
Fraksion cavanlaşma üzrə göstərişlər:
· Həcm effekti yaradaraq dodaqların cavanlaşması
· Qırışların, dartılmaların, piqment ləkələrinin aradan qaldırılması
· Dəri tonusunun və rənginin yaxşılaşdırılması
· Fotoyaşlanma əlamətlərindən azad olma
· Postakne və postakne çapıqlarının müalicəsi
· Bir neçə cavanlaşma metodlarının təsirinin gücləndirilməsi (radio-tezlikli liftinq, biorevitalizasiya, fotocavanlaşma)
“Saçların lazerlə bərpası” proseduru zamanı saç tökülməsinin qarşısının alınması, saç follikullarının gücləndirilməsi və yeni saçların uzanmasının stimullaşdırılması.
Frax Pro -nun üstünlükləri:
· Qısa müddət ərzində bərpa.Qızartı reaksiyası 12 saatdan sonra yox olur.
· İncə, quru dərilər üçün ideal cavanlaşma müalicəsi.
· Prosedurdan sonra minimal narahatlıq səbəbindən proseduru eyni anda geniş nahiyələrdə həyata keçirmək mümkündür: üz, boyun, dekolte, əllər.
· Eyni zamanda, üzün dərisinin müəyyən bölgələrində (gözlər, dodaq ətrafı, çənə, alın və s.) prosedur keçirmək mümkündür.
· Hətta bir prosedur 2-4 ay ərzində kollagenin yenilənməsinə səbəb olur.
· Dəri cavanlaşmasının digər üsullarının təsirini gücləndirir: fotocavanlaşma, biorevitalizasiya, radiotezlikli liftinq, dərin ultrasəs SMAS liftinqi və s.