Matrix Pro

Matrix Pro
Matrix Pro
Matrix Pro
Matrix Pro
Stokda var

Amerikanın Candela şirkətinə məxsus, Matrix Pro- radiotezliklərdən istifadə edərək, dəri xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulmuş innovativ cihazdır.

Bu avadanlıq kompleks yaşlanmanın müxtəlif mərhələlərində dərini korreksiya və bərpa etmək üçün yaradılıb.

Avadanlığın sistemi Sublime və Sublative RF aplikatorları ilə yanaşı, tamamilə yeni Matrix Pro aplikatorlarından da istifadə edir. Sublime və Sublative RF-nin istifadəsi incə xəttləri və qırışları korreksiya edən bipolyar radiotezlik terapiyasından istifadə edir. Matrix Pro isə öz növbəsində, yeni kollagenin bərpasına və formalaşmasına xidmət edir. Qeyd etmək lazımdır ki, Matrix Pro aplikatorunda qısa impulslu radiotezlik enerjisinin dəriyə ötürülməsini təmin edən ən nazik mikroiynələrdən istifadə edilir. Bu da pasiyentin rahatlığını artırır və müalicənin effektivliyini təmin edir. Profound Matrix (Matrix Pro)- çoxsaylı terapevtik nəticələr verən tamamilə yeni tibbi estetik müalicələr kateqoriyası yaradır.

Profound Matrix (Matrix Pro) sistemi pasiyent məmnuniyyətini təmin edəcək innovativ xüsusiyyətlər təklif edir

 

- geniş müalicə imkanları - Matrix Pro, Sublime və Sublative RF aplikatorları

- pasiyentin ehtiyaclarına əsaslanan fərdi müalicə planı

- qeyri-invaziv və minimal invaziv prosedurlar

- təsdiqlənmiş klinik nəticələr