Profhilo

Profhilo
Profhilo
Stokda var

Profhilo Stokda var

İbsa şirkətinin təqdim etdiyi Profhilo.

Preparatın xüsusiyyətləri :

Nahyco istilik texnologiyası ilə əldə edilmiş, stabilləşdirilmiş hibrid kompleksləri tərkibli ilk məhsul.Profhilo preparatı yalnız konsentrasiya olunmuş hialuron turşusu tərkiblidir.Heç bir əlavəsi yoxdur.Preparatın unikallığı ondan ibarətdir ki, preparat nəinki fibroblastların və keratinositlərin həyat fəaliyyətini aktivləşdirir, həmdə adipositlərin belə(yağ hüceyrələrinin).

Bu da dərialtı yağların bərpasına gətirib çıxarır.

Profhilo preparatının tərkibində 2 tip hialuron turşusu var:

• yüksək molekulyar çəkili hialuron turşusu

• aşağı molekulyar çəkili hialuron turşusu

Komponentlərin nisbəti preparata kompleks təsir göstərir.

Aşağı molekulyar turşu dərini nəmləndirir, gücləndirici təsir göstərir.

Yüksək molekulyar turşu qan dövranını yaxşılaşdırır, kollagen ifrazını stimullaşdırır, liftinq effektini təmin edir.

Müalicədən sonra :

• dərialtı yağ təbəqəsi bərpa olunur

• dərinin rəngi açılır və dəri parlaq olur

• piqment ləkələri aradan qalxır

• qırışlar,qatlar aradan qalxır

Bu preparat hansı pasiyentlərə tövsiyə olunur ?

• sallanmış və quru dəri

• yaşla bağlı mimik qırışlar

• çapıqlar və postakne

• piqment ləkələri

Profhilo preparatı 5 bioestetik nöqtəyə inyeksiya vasitəsilə vurulur, bu nöqtələr bioloji aktiv sahələrdə yerləşir.

Preparat toxumalarda 24-48 saat ərzində həll olunur.

Biiloji nöqtələrin sayı 10-dur, hər üz tərəfində 5 ədəd olur.Beləliklə prosedur zamanı sizi 10 inyeksiya gözləyir.

Prosedur, tam ağrısız, hematomsuz keçirilir.

Prosedurdan sonra, yalnız yüngül diskomfort hiss olunur.