Cənubi Koreyanın MedyTox şirkəti tərəfindən istehsal olunan yüksək təmizlənmiş A tipli botulinum toksin.Cunox istehsalında A tipli botulinum toksinindən istifadə olunur və onların fəaliyyət prinsipi bu maddənin əzələni rahatlaşdırmaq və nəticədə üz qırışlarını aradan qaldırmaq qabiliyyətinə əsaslanır.
Cunox botulinum toksininin istifadəsinə dair göstərişlər:
Gözaltı qırışlar;
Alındakı qırışlar;
Burnun üzərində olan qırışlar;
Qaz ayağı qırışları;
Dodaq nahiyyəsində olan qırışlar;
Boyun və dekolte bölgəsində olan qırışlar;
Hiperhidroz (Həddindən artıq tərləmə);
Bleforospazmın müalicəsi.
Botulinum toksininin (Cunox) tətbiqi ağrısız bir prosedurdur və əlavə anesteziya tələb etmir, lakin pasiyentin istəyi ilə prosedur zamanı xoşagəlməz hisslərin yaşanmaması üçün anestezik krem çəkilə bilər.
Botulinum toksininin (Cunox) müntəzəm tətbiqi ilə “hərəkətsiz” üz əzələləri sizi qaşqabaq kimi pis vərdişdən azad edəcək və dərinizin gəncliyini qorumaq üçün 8-12 ay interval ilə bir prosedur kifayət edəcəkdir.
Cunox tətbiqi dərinin əməliyyatsız cavanlaşmasının, maksimum kosmetik nəticəsini təmin edir - kiçik və orta qırışları 100%, dərin qırışları isə 80% -ə qədər hamarlayır