Cunox 100

Cunox 100
Cunox 100
Stokda yoxdur

Cunox 100 Stokda yoxdur

Cənubi Koreyanın MedyTox şirkəti tərəfindən istehsal olunan yüksək təmizlənmiş A tipli botulinum  toksin.Cunox istehsalında A tipli botulinum toksinindən istifadə olunur və onların fəaliyyət prinsipi bu maddənin  əzələni rahatlaşdırmaq və nəticədə üz qırışlarını aradan qaldırmaq qabiliyyətinə əsaslanır.

Cunox botulinum toksininin istifadəsinə dair göstərişlər:

Gözaltı qırışlar;

Alındakı qırışlar;

Burnun üzərində olan qırışlar;

Qaz ayağı qırışları;

Dodaq nahiyyəsində olan qırışlar;

Boyun və dekolte bölgəsində olan qırışlar;

Hiperhidroz (Həddindən artıq tərləmə);

Bleforospazmın müalicəsi.

Botulinum toksininin (Cunox) tətbiqi ağrısız bir prosedurdur və əlavə anesteziya tələb etmir, lakin pasiyentin istəyi ilə prosedur zamanı xoşagəlməz hisslərin yaşanmaması üçün anestezik krem ​​çəkilə bilər.

Botulinum toksininin (Cunox) müntəzəm tətbiqi ilə “hərəkətsiz” üz əzələləri sizi qaşqabaq kimi pis vərdişdən azad edəcək və dərinizin gəncliyini qorumaq üçün  8-12 ay interval ilə bir prosedur kifayət edəcəkdir.

Cunox tətbiqi dərinin əməliyyatsız cavanlaşmasının, maksimum kosmetik nəticəsini təmin edir - kiçik və orta qırışları 100%, dərin qırışları isə 80% -ə qədər hamarlayır.