Tibbi və Estetik Avadanlıqlar üzrə Satış Meneceri


Arash Company komandası üçün satış sahəsində təcrübəli, texnologiyalara marağı və güclü ünsiyyət bacarıqları olan Satış Meneceri axtarırıq.

 

Vəzifə öhdəlikləri:

  • Estetik və dermatoloji avadanlıqların aktiv satışının həyata keçirilməsi;
  • Yeni müştərilərin cəlb edilməsi və şəxsi müştəri portfelinin formalaşdırılması;
  • Həkimlər, klinikalar və tibb mərkəzləri ilə işgüzar əlaqələrin qurulması;
  • Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uyğun avadanlıqların təqdim olunması;
  • Məhsulların texniki və kommersiya üstünlüklərinin izah edilməsi, demo təqdimatların keçirilməsi;
  • Kommersiya təkliflərinin hazırlanması və satış danışıqlarının aparılması;
  • Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər izlənməsi və idarə olunması;
  • Aylıq və illik satış hədəflərinin yerinə yetirilməsi;
  • CRM sistemində müştəri məlumatlarının və satış imkanlarının qeydiyyatının aparılması;
  • Konfrans, seminar, sərgi və məhsul təqdimatlarında şirkətin təmsil olunması.

 

Namizədə tələblər:

  • Ali təhsil (Tibb, Biotibbi mühəndislik, Biznesin idarə edilməsi, Marketinq, Farmasiya və ya digər uyğun ixtisaslar);
  • Satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Güclü təqdimat və ünsiyyət bacarığı;
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
  • Rus və ingilis dillərindən hər hansı birini bilmək üstünlükdür.

 

Üstünlük hesab olunur:

  • Tibbi avadanlıqların, estetik və dermatoloji cihazların satışı üzrə təcrübə;
  • B kateqoriyalı sürücülük vəsiqəsi.

 

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, F. İbrahimbəyov küç. 19;
  • İş rejimi: Həftənin 6 günü, Bazar ertəsi–Cümə 09:00–18:00, Şənbə 09:00–15:00;
  • Rəsmi əmək müqaviləsi;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən edilir;
  • Satış nəticələrinə əsaslanan bonus sistemi.

 

Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri və ya vebsaytımız üzərindən onlayn müraciət formasını doldurmaları xahiş olunur. Mövzu hissəsində "Tibbi və Estetik Avadanlıqlar üzrə Satış Meneceri" qeyd etməyiniz vacibdir.

Maksimum 10 MB
WhatsApp-dan yaz