Marketinq Meneceri (Ekspert Lazer Mərkəzi)


Ekspert Lazer Mərkəzi dermatoloji klinikası üçün "Marketinq Meneceri" vəzifəsinə namizəd axtarırıq.

 

Vəzifə öhdəlikləri:

  • Klinikanın marketinq strategiyasının və aylıq/illik fəaliyyət planlarının hazırlanması və icrası;
  • Marketinq kampaniyalarının planlaşdırılması, təşkili və nəticələrinin təhlili;
  • Foto və video çəkilişlərin, reklam və kreativ layihələrin koordinasiyası;
  • Klinikanın xidmətlərinin tanıdılması və pasiyent axınının artırılmasına yönəlmiş marketinq fəaliyyətlərinin həyata keçirilməsi;
  • Marketinq büdcəsinin planlaşdırılması və xərclərin optimallaşdırılması;
  • Rəqiblərin və bazarın təhlili, yeni marketinq imkanlarının müəyyən edilməsi;
  • Marketinq fəaliyyətləri üzrə hesabatların hazırlanması və KPI göstəricilərinin izlənilməsi;
  • Marketinq komandası və kənar əməkdaşlarla işin koordinasiyası.

 

Namizədə tələblər:

  • Marketinq / Biznesin idarə olunması sahəsində ali təhsil;
  • Marketinq üzrə minimum 3 il iş təcrübəsi;
  • Rəqəmsal marketinq, sosial media və reklam alətləri üzrə praktiki biliklər;
  • Marketinq strategiyasının və kontent planlarının hazırlanması bacarığı;
  • Güclü kommunikasiya, təşkilatçılıq və problem həll etmə bacarıqları;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə biliklər;
  • Rus dili biliyi üstünlükdür.

 

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: Həftənin 6 günü, saat 09:00–18:00;
  • Rəsmi əmək müqaviləsi;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.

 

Müraciət qaydası:
CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərməyiniz və ya vebsaytımız üzərindən onlayn müraciət formasını doldurmağınız xahiş olunur. Mövzu hissəsində "Marketinq Meneceri (Ekspert Lazer Mərkəzi)" qeyd etməyiniz vacibdir.

Maksimum 10 MB
WhatsApp-dan yaz