October 9, 2025
Konfransın əsas diqqət mərkəzində IBSA brendinin məşhur Profhilo seriyası və bu məhsulların müasir estetik yanaşmadakı rolu yer aldı. Təqdimatlar zamanı Profhilo, Profhilo Body və Profhilo Structura məhsullarının təsir mexanizmləri, tətbiq sahələri və fərqli pasiyent tiplərinə uyğun istifadəsi ətraflı şəkildə izah olundu.
Tədbirin əsas spikeri, IBSA brendinin beynəlxalq eksperti Dr. Gabriel Siquier öz klinik təcrübəsinə əsaslanaraq məhsulların tətbiq protokollarını real nümunələrlə təqdim etdi. Bununla yanaşı, Dr. Eteri Kazimova fərqli yaşlanma tiplərinə uyğun yanaşmalar barədə çıxışı ilə mövzunu daha geniş perspektivdən izah etdi.
Konfrans çərçivəsində keçirilən praktiki tətbiq nümayişləri iştirakçılar üçün xüsusilə faydalı oldu. Prosedurların canlı şəkildə təqdim olunması həm texnikaların daha aydın anlaşılmasına, həm də gündəlik praktikada tətbiq imkanlarının daha yaxşı dərk edilməsinə şərait yaratdı.
Ümumilikdə, konfrans Profhilo seriyasının klinik imkanlarını daha yaxından tanımaq və müasir kosmetologiyada istifadə olunan yanaşmaları genişləndirmək baxımından yadda qalan və faydalı tədbirlərdən biri oldu.