Aquapure
Ətraflı məlumat:
Aquapure eyri-invaziv hidradermabraziya texnologiyasına əsaslanan çoxfunksiyalı dəri təmizləmə, nəmləndirmə və canlandırma cihazıdır.
Cihaz hidradermabraziya (Aqua Peeling), elektroporasiya, mikro-cərəyan və termal (soyutma/isitmə) texnologiyalarını bir platformada birləşdirərək dərinin kompleks şəkildə yenilənməsini təmin edir:
- Aqua Peeling mərhələsində dəri səthi yumşaq şəkildə təmizlənir, məsamələrdə yığılan sebum və çirklər aradan qaldırılır.
- Elektroporasiya texnologiyası aktiv maddələrin dərinin daha dərin qatlarına keçməsini dəstəkləyir, mikro-cərəyan isə qan dövranını və toxuma aktivliyini stimullaşdıraraq lifting və tonus effektini artırır.
- Prosedur soyutma və isitmə mərhələsi ilə tamamlanaraq dərinin sakitləşməsi və balanslaşdırılması təmin edilir. Nəticədə dəri daha təmiz, nəmlənmiş, parlaq və sağlam görünür.
İstehsalçı ölkə: Koreya
Texnologiya: Hydradermabrasion (Aqua Peeling), Electroporation, Micro-current, Cooling/Heating
Üstünlükləri:
- 4-ü 1-də platforma – təmizləmə, nəmləndirmə, qidalandırma və lifting effekti
- Hidradermabraziya texnologiyası – dərinin yumşaq və effektiv təmizlənməsi
- Elektroporasiya – aktiv maddələrin dərinə daha yaxşı nüfuzu
- Mikro-cərəyan stimulyasiyası – tonus və lifting dəstəyi
- Soyutma və isitmə funksiyası – dərinin sakitləşdirilməsi və balanslaşdırılması
- Smart başlıq tanıma sistemi – avtomatik parametr uyğunlaşdırılması
- Serumların dəri boyunca və bütün qatlarda bərabər paylanması
- Qeyri-invaziv və komfortlu prosedur – reabilitasiya tələb etmir
Əsas göstərişlər:
- Genişlənmiş və tıxanmış məsamələr
- Komedonlar və artıq sebum
- Dehidratasiya və quruluq
- Solğun və yorğun dəri görünüşü
- Dəri tonunun qeyri-bərabərliyi
- İncə xətlər və qırışlar
- Dəri teksturasının pozulması
Başlıqlar və tətbiq nahiyələri:
Aqua Peeling başlığı – bütün üz, məsamələrin təmizlənməsi və peeling
Electroporation başlığı – üz və boyun, serumların dərinə ötürülməsi
Micro-current başlığı – üz ovalı, yanaqlar, lifting və tonus
Cooling/Heating başlığı – üz və boyun, sakitləşdirmə və tonlama
Texniki xüsusiyyətlər:
Enerji növü: Kombinə olunmuş (ultrasəssiz çoxtexnologiyalı sistem)
Gərginlik: 100–240V, 50/60 Hz
Enerji sərfiyyatı: 170 VA
Ekran: 7” LCD Touch Screen
Ölçülər: 356 × 537 × 436 mm
Çəki: ~15 kq
Kartriclər: Aqua, Diamond
Ucluq növləri: AP, MF Needle
Oxşar məhsullar
Hamısına bax
SPA Sensity
Ionto-Spa Sensity – kosmetoloji kreslo və masaj stolunun bütün üstünlükləri...
Euromi Eva sp7
Eva sp7 – kəmiyyətli infrasonik infiltrasiya ilə yanaşı, qidalandırıcı infr...
Cubus Spa 800
CUBUS SPA 800 tumba – geniş Wellness və SPA kabinetləri üçün nəzərdə tutulm...
Cubus 400
CUBUS 400 – kiçik kosmetoloji kabinetlər, Wellness və SPA mərkəzləri üçün x...