Volnewmer
Volnewmer Volnewmer Volnewmer Volnewmer Volnewmer Volnewmer Volnewmer Volnewmer Volnewmer Volnewmer Volnewmer Volnewmer Volnewmer Volnewmer

Volnewmer


Ətraflı məlumat:

Volnewmer qeyri-invaziv monopolar RF texnologiyasına əsaslanan yüksək effektiv dəri sıxlaşdırma və lifting cihazıdır.

 

Cihaz 6.78 MHz monopolar radiofrekans (RF) texnologiyası vasitəsilə dərinin dermis qatına qədər istilik enerjisi ötürərək kollagen liflərinin sıxılmasını və yeni kollagen sintezini stimullaşdırır. Enerji papillyar və retikulyar dermis səviyyələrinə eyni zamanda təsir edərək dəridə ikiqat dərinlik effekti yaradır.

 

Bu proses dərinin elastikliyini artırır, sallanmanı azaldır və daha sıx, gərgin görünüş təmin edir. Davamlı soyutma sistemi və ağıllı enerji paylanması sayəsində prosedur zamanı epidermis qorunur, nəticədə müalicə həm effektiv, həm də komfortlu olur.

 

İstehsalçı ölkə: Koreya
Texnologiya: Monopolar RF (6.78 MHz Radio Frequency)

 

Üstünlükləri:

  • 6.78 MHz monopolar RF – dermis qatına qədər dərin və stabil istilik təsiri
  • İkiqat dərinlik təsiri – papillyar və retikulyar dermisdə kollagen stimulyasiyası
  • Gizli kənar (Hidden Edge) texnologiyası – yanıq və yan təsir riskinin azaldır
  • Əyri səthli başlıq – enerjinin bərabər və təhlükəsiz paylanması
  • Davamlı soyutma sistemi – dərinin qorunması və komfortun artırılması
  • Ağrının azaldılması – vibrasiya və soyutma ilə komfortlu prosedur

Əsas göstərişlər:

  • Dəri sallanması və elastiklik itkisi
  • Qırışlar və incə xətlər
  • Üz ovalının pozulması
  • Çənə xəttinin zəifləməsi
  • Dəri tonunun qeyri-bərabərliyi
  • Boyun və dekolte nahiyəsində sallanma
  • Bədən nahiyələrində dəri boşalması

Başlıqlar və tətbiq nahiyələri:

I Tip (0.25 cm²) – gözətrafı, burun ətrafı, həssas zonalar
F Tip (3.0 cm²) – üz, çənə xətti və konturlama
V Tip (4.0 cm²) – üz və bədən, lifting və sıxlaşdırma
S Tip (16.0 cm²) – qarın, qollar, bud və digər bədən nahiyələri

 

Texniki xüsusiyyətlər:

Enerji növü: Monopolar RF
RF tezliyi: 6.78 MHz
Gərginlik: 220–240V, 50/60 Hz
Enerji sərfiyyatı: 1200–1600 VA
Ekran: 10.1” LCD Touch Screen
Ölçülər: 466 × 567 × 1527 mm
Çəki: ~56 kq
Maksimum təsir sahəsi: 16 cm²
Ucluqlar: 0.25 / 3.0 / 4.0 / 16.0 cm²

 


Oxşar məhsullar

Beauty Tower

IONTO-BEAUTY-TOWER – kosmetoloji prosedurların bütün spektr...

Clatuu Alpha

Clatuu Alpha qeyri-invaziv kriolipoliz texnologiyasına əsaslanan yüksə...

Zimmer Cryo 6

Zimmer Cryo 6 – lazer prosedurları və inyeksiyalar zamanı ağrını kəsk...

Zimmer Cryo 7

Zimmer Cryo 7 – lazer və estetik prosedurlar zamanı ağrını azaldan so...