Diox
Diox Diox Diox

Diox


Ətraflı məlumat:

DIOX-602 rentgeni.

Portativ dental rentgen aparatı, düyməli idarəetmə, çəki 1,8 kq, akkumulyator LI-Pol, boru 60 kV / 2mA.

DIOX - 602 (Dioks - 602) portativ rentgeni – mikroprosessor idarəetməsinə malik rentgen şüaları generatoru formasında daşına bilən stomatoloji rentgenoloji sistemdir.

Təsvirin plyonka və ya rəqəmsal daşıyıcılara (radiovizioqraf, fosfor lövhə) çıxarılması ilə yüksək keyfiyyətli rentgen diaqnostikası üçün işlənib hazırlanmışdır.


Xarakteristikaları

  • Rentgen şüaları generatorunda minimal pulsasiyalı daimi cərəyanda stabil şüa çıxışını təmin edən yüksək tezlikli invertordan istifadə olunur. Bu dəyişən cərəyanla işləyən analoji qurğu tipi ilə müqayisədə yaxşılaşdırılmış şəkil keyfiyyəti əldə etməyə imkan verir.
  • Sabit daimi gərginliyin istifadəsi sayəsində itkilərin azaldılması səbəbindən DIOX-602 portativ rentgen aparatı daha az rentgen şüası dozası ilə şəkillər çəkməyə imkan verərək, bununla da pasiyenti, istifadəçini və operatoru rentgen şüalarının zərərli təsirindən müdafiə edir.
  • Quraşdırılmış naqilsiz sistemə malik olan DIOX-602 sistemi qurğunun istismar şərtlərini əhəmiyyətli dərəcədə asanlaşdırır və operatorun işini daha rahat edir (opsiya)
  • Yeni konstruksiyalı rentgen şüaları generatorundan istifadə aparatın həcmi və çəkisinin azalmasına gətirib çıxarır.

Texniki göstəricilər

  • II В sinfi
  • Aparatın B tipli işçi hissəsi

Rentgen şüaları generatoru:

  • Lampanın gərginliyi: 60 kV (fiksasiya olunmuş)
  • Lampanın cərəyanı: 2 mA (fiksasiya olunmuş)
  • Yüksək gərginlikli generator: yüksək tezlikli invertor
  • İdarəetmə: mikroprosessor vasitəsilə
  • Ekspozisiya müddəti: 0,01 – 1,6 saniyə (addım 0,01 san)

Rentgen şüaları lampası:

  • Tipi: stasionar anod rentgen lampası
  • Model: D-081BS (Toshiba, Yaponiya)
  • Fokal ləkə ölçüsü: 0,8 mm
  • İşçi gərginlik: 50 – 65 kV (maksimum)
  • Maksimal çıxış gücü (1.0 saniyə): 600 Vt
  • Səpələnmə bucağı: 20°
  • Tam uzunluq: 77 mm
  • Maksimal diametr: 38 mm

Oxşar məhsullar

AJAX 100 Kompressor

AJAX Kompressor – səssiz və yağsız kompressor axtaranlar ü&ccedi...

Ajax AJ 11

AJAX "AJ 11" stomatoloji qurğusu zəruri olan hər şeyi ehtiva edən müna...

Ajax AJ 12

AJAX "AJ 12" stomatoloji qurğusu. Ergomotion innovativ sistemi söykənə...

Cheese Easy

5 alətlik həkim masası ilə CHIRANA CHEESE EASY stomatoloji qurğusu seçimlər...