Cryo 7
zimmer cyro 7 (1).jpgzimmer cyro 7(2).jpgzimmer cyro7 ana.jpgzimmer cyro7.jpg

Cryo 7


Подробнее:

Pasiyentin maksimal rahatlığını təmin edən Yeni Cryo 7: Səthi lazer prosedurları üçün nəzərdə tutulmuş dəri soyutma sistemidir.

Zimmer Medizin-Systems tərəfindən təqdim edilən Cryo soyuq hava cihazı, lazer və dermatoloji prosedurlar zamanı ağrı və termik zədələri minimuma endirmək və inyeksiya prosedurları zamanı müvəqqəti yerli anesteziya üçün nəzərdə tutulub.

Kontakt soyutma, kriogen sprey və ya buz paketləri kimi digər soyutma üsullarından fərqli olaraq, Cryo cihazı lazer şüasına müdaxilə etmədən lazer enerjisi tətbiq olunmadan əvvəl, tətbiq zamanı və sonra epidermisi soyuda bilir.

Soyuq hava ilə soyuma dermatoloji lazer terapiyası ilə geniş istifadə olunur.

Tədqiqatlar soyuq hava ilə dərinin soyudulmasının terapevtik nəticəyə və yan təsirlərə müsbət təsirini göstərdi.

İstifadədə asan, yeni dizayn

Cryo7 cihazı, parlaq, 10 düymluq yüksək icazəli sensor ekran ilə idarə olunur.

İstifadəçi proqramları saxlanıla bilir.

Daha hündür, erqonomik dizayn sayəsində bütün vacib əməliyyat elementləri aydın şəkildə görmək mümkündür.

Cihazın yüngül şlanqı keçirici vasitəsilə müxtəlif tutacaqlara, lazer ucluqlarına keçirilə bilir.

İstifadəçi hava axınını asanlıqla idarə edə bilir.

İntelektual cihaz, ərimiş suyun səviyyəsinə nəzarət edir, buz əritmə funksiyası isə cihazın fasiləsiz işləməyini təmin edir.

Hava filtrini zəruri hallarda asanlıqda dəyişmək mümkündür.

Yeni gözləmə rejimi cihazın enerji səmərəliliyini daha da artırır.

Cryo7 cihazı, gün ərzində etibarlı iş üçün nəzərdə tutulmuşdur.

Çoxsaylı texniki yeniliklər pasiyentlər və tibbi personal üçün rahat müalicə mühitini asanlaşdıraraq Cryo 7-nin daha da səssiz işləməsini təmin edir.

Üstünlüklər:

  • Praktikada sübut edilmiş, üstün texnologiya
  • Çox sadə istifadə və təhlükəsiz tətbiq
  • Müasir, erqonomik dizayn və səssiz işləmə
  • Praktik şüşə rəf lazer, IPL və ya aspirasiya sistemləri üçün idealdır.
  • Pasiyentlərin və personalın rahatlığı üçün,daha səssiz işləmə rejimi
  • Müxtəlif adapterlərə elastik qoşulma
  • Asan tətbiq üçün praktik tutacaq

Texniki göstərişlər

  • Soyuq hava təmin etmə - -30°C
  • Enerji təchizatı - 100-120 V / 50-60 Hz
  • İstifadə olunan maksimal güc - 1,5 kVt
  • Gözləmə funksiyası - 50 Vt
  • IEC 60601-1-ə uyğun qoruma - sinif -I, tip- B
  • Tibbi cihaz - IIa sinfi
  • Şlanqın uzunluğu - 8 fut 2 düym
  • Müalicəvi hava axını - 9 səviyyə
  • Korpus ölçüləri - 41.7" H x 19.7" E / 22" U
  • Çəki - 132 funt (şüşə rəf)

Другие наши продукты

Silagum Light product-hover-image

Silagum Light

Körpüvari protezlər, qapaq və güdül üçün çıxarıla bilən və ko...

Aliaxin EV product-hover-image

Aliaxin EV

Aliaxin EV Əsas həcm Harmonik və balanslaşdırılmış estetik nə...

White In product-hover-image

White In

WHITE IN ™, dəri rənginin dəyişdirilməsi və hiperxromisitasiy...

Ultrasun Q10 product-hover-image

Ultrasun Q10

Ultrasun Q10 Horizontal Solarium geniş, lakin yığcam solarium...