FotoFinder Vexia
Ətraflı məlumat:
Dəri, saç və dırnaqların müayinəsi üçün müasir və rahat istifadə olunan video dermoskopiya sistemidir.
Cihaz dəridəki dəyişiklikləri erkən mərhələdə aşkar etmək, onları izləmək və müqayisə etməyə imkan verir. Yüksək keyfiyyətli görüntü və süni intellekt dəstəyi həkimə daha dəqiq qərar verməyə kömək edir.
İstehsalçı ölkə: Almaniya
Texnologiya: Video dermoskopiya
Əsas texnologiyalar:
- Video dermoskopiya
Dəri, saç və dırnaq strukturlarının yüksək dəqiqliklə vizuallaşdırılması və sənədləşdirilməsi. - Full HD görüntüləmə
Ultra-kəskin görüntü keyfiyyəti ilə ən kiçik struktur və rəng dəyişikliklərini belə aşkar etməyə imkan verir. - Süni intellekt dəstəyi (AIMEE & Moleanalyzer pro)
Lezyonların real-time qiymətləndirilməsi, risk analizi və diaqnostik qərarverməyə dəstək. - Standartlaşdırılmış dermoskopiya (Guided Dermoscopy)
Protokol əsaslı çəkiliş sayəsində eyni şərtlərdə təkrar görüntüləmə və müqayisə imkanı. - MoleGallery sistemi
Lezyonlarda zamanla baş verən dəyişiklikləri ardıcıl və vizual şəkildə izləməyə imkan verir. - Trixoskopiya və digər tətbiqlər
Saç və baş dərisinin analizi üçün əlavə imkanlar.
Komplektə daxildir:
- FotoFinder vexia əsas platforması
- medicam 1000s video dermatoskop
Yüksək keyfiyyətli dermoskopik görüntüləmə üçün əl kamerası - Universe 3.5 proqram təminatı
Məlumatların saxlanması, müqayisəsi və analiz üçün əsas sistem - Moleanalyzer pro (AI modulu)
Lezyonların süni intellektlə qiymətləndirilməsi - AIMEE real-time AI sistemi
Müayinə zamanı dərhal analiz və skor təqdim edir - MoleGallery modulu
Lezyonların dinamik izlənməsi üçün vizual platforma
Üstünlükləri:
- Mobil və çevik dizayn – otaqlar arasında rahat daşınma imkanı
- Yüksək görüntü keyfiyyəti – kiçik dəyişikliklərin belə aşkar edilməsi
- AI dəstəyi – Süni intellekt dəstəyi ilə daha dəqiq və etibarlı diaqnostika
- Müayinə prosesini sürətləndirir
- Bütün pasient dataları vahid sistemdə saxlanılır
- Şəbəkə uyğunluğu – klinika sistemlərinə inteqrasiya
Əsas göstərişlər:
- Dəri xərçənginin erkən aşkarlanması
- Melanoma skrininqi
- Dəri lezyonlarının monitorinqi
- Saç və baş dərisi problemlərinin analizi (trixoskopiya)
- Dırnaq patologiyalarının qiymətləndirilməsi
Tətbiq sahəsi:
- Dermatologiya
- Onkodermatologiya
- Trixologiya
Texniki göstəricilər:
- Görüntüləmə texnologiyası: Full HD video dermoskopiya
- Kamera sistemi: medicam 1000s
- Proqram təminatı: Universe 3.5
- Süni intellekt: AIMEE və Moleanalyzer pro
- Çəkiliş rejimi: Standartlaşdırılmış dermoskopiya və video analiz
- Məlumat saxlanması: Rəqəmsal arxiv və müqayisəli analiz sistemi
- Mobil platforma: Təkərli, daşınan sistem
- İnteqrasiya: Şəbəkə və klinik proqram təminatı ilə uyğunluq
Oxşar məhsullar
Hamısına bax
DermLite DL200 Hybrid
DL200 Hybrid – polyarizasiyalı və polyarizasiyasız işıqlandırmanı bir cihaz...
DermLite Skeen
Skeen – dermatologiya və trixologiya üçün hazırlanmış, süni intellektlə dəs...
Candela Nordlys Mini
Qeyri-ablativ fraksiyonal lazer texnologiyasına əsaslanan, dərinin yenilənm...
DermLite DL5
DL5 – dəyişkən polarizasiya texnologiyasına sahib yeni nəsil hibrid dermato...