DermLite DL5
Ətraflı məlumat:
DL5 – dəyişkən polarizasiya texnologiyasına sahib yeni nəsil hibrid dermatoskopdur.
Bu cihaz yalnız səthi deyil, dərinin müxtəlif qatlarını (dərin strukturlardan ən səthi detallara qədər) vizual olaraq “qat-qat” analiz etmək imkanı verir.
İstehsalçı: ABŞ
Texnologiya: Hibrid dermoskopiya + dəyişkən polarizasiya + UV dermoskopiya
Əsas texnologiyalar
1.Dəyişkən polarizasiya sistemi
İlk dəfə olaraq istifadəçi polarizasiya səviyyəsini dəyişə bilir, və bu xüsusiyyət lezyonun müxtəlif qatlarını daha dəqiq analiz etməyə imkan verir.
- Çarpaz polarizasiya – dərin strukturlar
- Paralel polarizasiya – səthi strukturlar
2. True 10x optik böyütmə
32 mm linza sistemi ilə real 10x böyütmə təqdim edir.
Ən incə strukturlar belə yüksək dəqiqliklə görünür.
3. UV işıq (365 nm)
Fluoresans strukturların aşkarlanması üçün xüsusi UV işıqlandırma. Diaqnostik imkanları genişləndirir.
4. PigmentBoost® texnologiyası
Piqmentli lezyonların daha aydın vizuallaşdırılması üçün xüsusi işıq rejimi.
5. Güclü Torch LED
Uzaq məsafədən baxış üçün sahəni işıqlandırır. Skrininq zamanı xüsusilə faydalıdır.
6. Kontakt və kontaktsız dermoskopiya
- Çıxarılan kontakt lövhəsi
- Avtoklav edilə bilən material
- IceCap uyğunluğu
7. Ölçmə sistemi (inteqrə olunmuş xətkeş)
100 mm maqnitli xətkeş vasitəsilə lezyon ölçülərini dəqiq qiymətləndirmək mümkündür.
Komplektə daxildir
- DermLite DL5 dermatoskopu
10x böyütmə, dəyişkən polarizasiya, ağ və UV işıq - Şarj bazası
IceCap saxlanma bölməsi ilə - USB-C kabel (2 m)
Şarj və enerji təminatı üçün - Okulyar (eyepiece)
- Maqnitli paslanmaz polad xətkeş
- Dəri kəmər çantası (leather pouch)
- Plastik kəmər holderi
- Smartfon adapteri (MCC)
Mobil foto/video inteqrasiya üçün - IceCap® (5 ədəd)
- Mikrofiber təmizləmə parçası
Üstünlükləri
- Dəyişkən polarizasiya ilə dərin və səthi analiz
- UV dermoskopiya imkanı
- Yüksək keyfiyyətli optika və real 10x böyütmə
- Portativ və erqonomik dizayn
- Klinik və skrininq müayinələr üçün uyğun
- Smartfon ilə inteqrasiya imkanı
- Asan istifadə və yüksək funksionallıq
Əsas göstərişlər
- Dəri lezyonlarının dermoskopik qiymətləndirilməsi
- Melanoma skrininqi
- Piqmentli lezyonların analizi
- Fluoresans strukturların aşkarlanması (UV ilə)
- Klinik müayinə və ilkin skrininq
Tətbiq sahəsi
- Dermatologiya
- Onkodermatologiya
Texniki göstəricilər
Linza: 32 mm
Böyütmə: True 10x
İşıqlandırma: LED + UV (365 nm)
Polarizasiya: Dəyişkən (parallel → cross)
Ölçülər: 182 × 58 × 36 mm
Çəki: ~285 g
Enerji: Şarj bazası və ya USB-C
Oxşar məhsullar
Hamısına bax
FotoFinder medicam1000
Dəri, saç və dırnaq strukturlarının yüksək dəqiqliklə vizuallaşdırılması üç...
DermLite DL200 Hybrid
DL200 Hybrid – polyarizasiyalı və polyarizasiyasız işıqlandırmanı bir cihaz...
Clarteis Exciplex
308 nm dalğa uzunluğunda işləyən, monoxromatik excimer UVB texnologiyasına...
Candela PicoWay
Döymələrin silinməsi, piqment ləkələrinin aradan qaldırılması və dərinin ca...