Candela PicoWay
Candela PicoWay Candela PicoWay Candela PicoWay Candela PicoWay Candela PicoWay Candela PicoWay Candela PicoWay Candela PicoWay

Candela PicoWay


Ətraflı məlumat:

Döymələrin silinməsi, piqment ləkələrinin aradan qaldırılması və dərinin cavanlaşdırılması üçün nəzərdə tutulmuş müasir pikosaniyəli lazer sistemidir.

 

Cihaz ultra-qısa pikosaniyəli impulslarla işləyərək toxumada əsasən fotoakustik təsir yaradır. Bu təsir piqment və döymə boyasını çox kiçik hissəciklərə parçalayır, nəticədə onlar orqanizm tərəfindən daha asan uzaqlaşdırılır.

 

İstehsalçı ölkə: ABŞ

Texnologiya: Pikosaniyəli lazer texnologiyası

 

 

Dalğa uzunluqları və təyinatı:

PicoWay üç fərqli dalğa uzunluğu ilə işləyir:  

  • 1064 nm — tünd piqmentlər, qara və tünd göy döymələr, dərin piqmentasiya problemləri üçün
  •  532 nm — açıq rəngli piqmentlər (qırmızı, narıncı, sarı), səthi piqment ləkələri üçün
  • 785 nm — mavi və yaşıl rəngli döymələrin effektiv silinməsi üçün

 

 

Başlıqlar:  

  • PicoWay Zoom (532 nm / 1064 nm) Piqment ləkələri və döymələrin silinməsi üçün istifadə olunur. Ləkə ölçüsü tənzimlənə bilir (2–10 mm), bu da həm kiçik, həm böyük sahələrdə dəqiq işləməyə imkan verir.
  • PicoWay Resolve (1064 nm / 532 nm) Fraksiyonal təsir göstərərək dərinin yenilənməsi, akne izləri, çapıqlar və qırışların müalicəsi üçün istifadə olunur. Kollagen stimulyasiyasını aktivləşdirir.
  • PicoWay Resolve Fusion (532 nm) Daha geniş sahəni eyni anda işləməyə imkan verir. Piqment ləkələri, dəri tonu problemləri və cavanlaşdırma prosedurlarında effektivdir. Enerjinin bərabər paylanmasını təmin edir.
  • PicoWay 785 nm (Titanium Sapphire başlıq) Mavi və yaşıl döymələrin silinməsi üçün xüsusi olaraq nəzərdə tutulub. Digər lazerlərin təsir etmədiyi rənglərdə yüksək effektivlik göstərir.

 

Üstünlükləri:

  • Pikosaniyəli impulslar – piqmenti və döymə boyasını daha kiçik hissəciklərə parçalayır
  • 3 dalğa uzunluğu – fərqli rəngli döymələr və müxtəlif piqment problemləri üçün geniş tətbiq imkanı verir 
  • Minimal istilik təsiri – ətraf toxumaların zədələnmə riskini aşağı salır, bərpa prosesi minimumdur  
  • Fotoakustik mexanizm – istilikdən çox mexaniki təsirlə işlədiyi üçün daha təhlükəsizdir
  • Zoom manipula – ləkə diametrini 2–10 mm aralığında tənzimləməyə imkan verir

 

Əsas göstərişlər:

  • Bütün rəngli döymələrin silinməsi
  • Piqment ləkələrinin aradan qaldırılması
  • Akne izləri və çapıqlar
  • Qırışların azaldılması
  • Dərinin cavanlaşdırılması
  • Xoşxassəli piqment lezyonları
  • Melazma, lentiginlər, nevus-ota

 

Tətbiq sahəsi:

  • Üz
  • Boyun
  • Dekolte
  • Bədən
  • Qaş,
  • Göz qapağı
  • Dodaq tatuajı sahələri 

 

Texniki göstəricilər:

Dalğa uzunluqları: 1064 nm / 532 nm / 785 nm

Maksimal enerji:

  • 1064 nm: 400 mJ
  • 532 nm: 200 mJ
  • 785 nm: 100 mJ

İmpuls müddəti:

  • 1064 nm: 450 ps 
  • 532 nm: 375 ps
  • 730 nm: 250 ps
  • 785 nm: 300 ps

Pik güc:

  • 1064 nm: 0.89 GW 
  • 532 nm: 0.53 GW
  • 730 nm: 0.4 GW
  • 785 nm: 0.3 GW

Ləkə ölçüsü:

  • 1064 / 532 nm: 2–10 mm
  • 730 / 785 nm: 2–4 mm

Təkrarlanma tezliyi: 1–10 Hz

Çatdırılma sistemi: şarnirli qol və Zoom manipula

İnterfeys: sensorlu ekran, qrafik interfeys

Ölçülər: 107 × 46 × 69 sm

Çəki: 125 kq

Enerji təchizatı: 200–240 V, 50/60 Hz


Oxşar məhsullar

Clarteis Exciplex

308 nm dalğa uzunluğunda işləyən, monoxromatik excimer UVB texnologiyasına ...

Lutronic Genius

Radiofrekans mikroiynələmə (RF Microneedling) texnologiyasına əsaslanan qey...

Lutronic Healite II

LED işıq vasitəsilə dərini sakitləşdirən, sağalma və və yenilənmə prosesini...

Candela Matrix Pro

Dimensional RF (ölçüləbilən radiofrekans) texnologiyasına ...