Profhilo Structura – yaşlanma nəticəsində zəifləyən piy toxumasını bərpa etmək və üzdə yaranan sallanma, həcm itkisini aradan qaldırmaq üçün nəzərdə tutulmuş innovativ məhsuldur. NAHYCO® texnologiyası ilə istehsal olunan bu preparat “lipolifting” effekti yaradaraq üzün həcmini, simmetriyasını və struktur dəstəyini yenidən təmin edir.
İstehsalçı ölkə: İtaliya
Aşağı molekulyar çəkili hialuron turşusu (L-HA) 80–100 kDa: Dərini dərindən və intensiv şəkildə nəmləndirir.
Yüksək molekulyar çəkili hialuron turşusu (H-HA) 1100–1400 kDa: Dərini möhkəmləndirir və toxumalara dayanıqlı struktur dəstəyi verir.
Hibrid Kooperativ Komplekslər (HCC): Kimyəvi stabilizatorlar (BDDE) olmadan, yalnız termal proseslə birləşdirilmiş 90 mq təmiz hialuron turşusu kompleksi.
Problemlər: Üz nahiyəsində piy toxumasının azalması, qravitasiya nəticəsində dərinin aşağı sürüşməsi (sallanma), yanaqlarda yaranan çuxurlar və həcm itkisi.
Yaş qrupu: Yaşlanma əlamətlərinin başladığı 30 yaşdan etibarən, xüsusilə toxuma boşalmasının kəskinləşdiyi 40 və 50+ yaş qrupları üçün.
Kimlərə tətbiq olunur: Üz cizgilərini təbii şəkildə bərpa etmək istəyən, "çökmə" (sinkers) və ya "sallanma" (saggers) tipli yaşlanma profilinə malik pasiyentlər üçün.
Nahiyələr: Əsasən üzün qulaqönü (preaurikulyar), ziqomatik (elmacıq) qövsü və səthi piy qatları.
Texnikalar: * Çökmə Texnikası: 22Gx50mm kanulya vasitəsilə retrograd inyeksiya (tragusdan 2 sm məsafədə giriş).
Sallanma Texnikası: 25Gx38mm kanulya vasitəsilə həm preaurikulyar, həm də ziqomatik nahiyəyə kombinə edilmiş inyeksiya (tragusdan 3 sm məsafədə giriş).
İnyeksiyadan sonra üzün təbii həcmi bərpa olunur, yanaqlardakı boşluqlar dolur və "lipolifting" effekti sayəsində üz konturları yuxarıya doğru dartılır. Müalicə protokolu (30 gün fasilə ilə 2 seans) tamamlandıqdan sonra üz daha gənc, simmetrik və dincəlmiş görünüş qazanır.
Yüksək Təhlükəsizlik: Kanulya istifadəsi sayəsində damar zədələnməsi və okklüziya riskini 77,1% azaldır.
BDDE-siz Tərkib: Kimyəvi qatqı maddələri içermədiyi üçün allergik reaksiya və şişkinlik riski minimumdur.
İxtisaslaşmış Yanaşma: Pasiyentin yaşlanma tipinə (çökmə və ya sallanma) uyğun fərdi müalicə protokollarının olması.
Maksimum Konsentrasiya: 2 ml şprisdə 90 mq hialuron turşusu ilə bazarda ən yüksək konsentrasiyalı məhsullardan biridir.
ALIAXIN EV (Essential Volume) harmonik və balanslaşdırılmış estetik nəticəl...
ALIAXIN GP (Global Performance) harmonik və balanslaşdırılmış estetik nətic...
ALIAXIN LV (Lips Volume) dodaqların korreksiyası üçün nəzə...
ALIAXIN SR (Shape & Restore) harmonik və balanslaşdırılmış estetik nəti...