Regenyal Idea Bio-Expander üz nahiyəsinin tam cavanlaşdırılması üçün nəzərdə tutulmuş, həcm korreksiyası və toxuma yenidənqurulmasını (re-structuring) təmin edən mükəmməl bir biorivolumetriya məhsuludur. Toxumalara yüksək inteqrasiya qabiliyyəti sayəsində itirilmiş təbii formaları bərpa edir. Məhsulun ən böyük özəlliyi adipositlər (piy hüceyrələri) üzərindəki CD-44 reseptorlarına təsir edərək piy toxumasının regenerasiyasına kömək etməsidir.
İstehsalçı ölkə: İtaliya
Çarpaz bağlanmış Hialuron Turşusu: 25 mq/q konsentrasiyada, yüksək biouyğunluğa malik formul.
Tikzotropik maddə: Maddənin daxili sürtünməsini azaldan və formanı mükəmməl qoruyan xüsusi struktur.
Qablaşdırma: 3 ədəd 1.1 ml-lik öncədən doldurulmuş şpris.
Problemlər: Üz nahiyəsində həcm itkisi, dərinin elastikliyinin və turqorunun azalması, piy toxumasının atrofiyası və ümumi dehidratasiya.
Yaş qrupu: Dəri strukturu zəifləmiş, piy qatının bərpasına və təbii həcmə ehtiyacı olan bütün yetkin pasiyentlər.
Kimlərə tətbiq olunur: Dərinin həm dermis, həm də dərialtı piy qatının eyni vaxtda yaxşılaşdırılmasını və regenerasiyasını istəyən şəxslər üçün.
Nahiyələr: Üzün həcm itirilmiş nahiyələri, yanaqlar və dərialtı piy qatının bərpası tələb olunan zonalar.
Tətbiq texnikası: Məhsul dərinin alt qatlarına (subcutaneous layer) inyeksiya edilir.
Metodologiya: 26G 13mm iynə və ya 27G 37mm kanyula vasitəsilə tətbiq olunur.
Regenyal Idea Bio-Expander tətbiqindən sonra dəri dərindən nəmlənir, elastikliyi və möhkəmliyi artır. Piy hüceyrələrinin stimullaşdırılması nəticəsində üz daha dolğun və təbii görünüş qazanır. Məhsul toxumaları restrukturə edərək dərinin ümumi keyfiyyətini hüceyrə səviyyəsində yüksəldir.
Bioloji Stimullaşdırma: CD-44 reseptorları vasitəsilə piy toxumasının təbii bərpasını təmin edir.
Bio-Expander Texnologiyası: Beynəlxalq patentlə qorunan innovativ istehsal metodu dərinin strukturunu genişləndirərək bərpa edir.
Təbii Görünüş: Toxumalarla mükəmməl inteqrasiya edərək süni həcm yaratmır.
Tikzotropiklik: Maddənin inyeksiya zamanı axıcılığının artması və toxumada formanı stabil saxlaması.
ALIAXIN EV (Essential Volume) harmonik və balanslaşdırılmış estetik nəticəl...
ALIAXIN GP (Global Performance) harmonik və balanslaşdırılmış estetik nətic...
ALIAXIN LV (Lips Volume) dodaqların korreksiyası üçün nəzə...
ALIAXIN SR (Shape & Restore) harmonik və balanslaşdırılmış estetik nəti...